Ukraynanın Xerson vilayəti atəşə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri, Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib.
“Bütün zərərçəkənlər tibb müəssisələrinə aparılıb, onlara tibbi yardım göstərilir. Bir nəfərin vəziyyəti ağırdır”, - deyə məlumatda bildirilir. Yaralılar arasında mərmi atılan zaman rayon xəstəxanasında olan tibb bacısı da var.
Ukraynanın şərq və cənub vilayətlərində hava hücumu həyəcan siqnalı verilib. Xarkov vilayətində güclü partlayışlar baş verib. Rusiya ordusunun şəhərə atdığı raketlərdən biri yaşayış binasına düşüb.
Zərərçəkənlər və dəyən ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
