Ukraynaya ayrılan pullar harada saxlanılır? | Blinkendən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Vaşinqton tərəfindən Ukraynaya ayrılan onmilyardlarla dollarlıq hərbi yardım ABŞ-yə qoyulmuş investisiya kimi qalacaq”.
Bu sözləri ABŞ-nin dövlət katibi Entoni Blinken Makkeyn İnstitutunda təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu vəsaitlər əsasən ABŞ-də yaxşı iş yerlərinin təminatçısı olacaq.
“İnvestisiya qoyduğumuz yeni pullar, demək olar ki, hamısı ABŞ-də, bizim sənaye bazamızda qalır. Bu pullar ABŞ-də yaxşı iş yerlərinin yaranmasına imkan verəcək, lakin bu yolla biz həm də Ukraynaya kömək edə bilərik”, – deyə E.Blinken bildirib.
Qeyd edək ki, ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərilməsi ilə bağlı G7-dən olan tərəfdaş ölkələrlə danışıqlar aparır. Vaşinqtonun planına görə, tranş sazişi iyunda keçiriləcək G7 sammitində imzalanacaq. Lakin yekun qərarın bir neçə ay çəkə biləcəyi istisna olunmur.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
