Pleyeri seçin:

Ümid edirəm ki, federal hökumət... | Karen Bassdan reydlərlə bağlı açıqlama

10 iyun 2025 553 baxış

Los-Anceles meri Karen Bass ABŞ hökumətini İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən qanunsuz miqrantları saxlamaq üçün şəhərdə keçirilən reydləri dayandırmağa çağırıb.

O, Donald Tramp Administrasiyasını şəhərdə xaos yaratmaqda ittiham edib.

“Ümid edirəm ki, federal hökumət xahişimizə qulaq asacaq: reydləri dayandırın”, ‒ K.Bass deyib.

Los-Anceles meri reydləri “əsassız və lazımsız” adlandırıb və təhlükəsizlik qüvvələrinin hərəkətlərinin şəhərdə qorxu və xaos yaratdığını bildirib.

K.Bassın dediyinə görə, reydlər ştatın iqtisadiyyatına ziyan vuracaq, çünki işçi qüvvəsinin əksəriyyətini təşkil edən miqrantlar işə getməkdən qorxacaqlar.

K.Bass həmçinin Prezident Donald Trampın ABŞ Milli Qvardiyasının qoşunlarını şəhərə göndərmək qərarını Los-Ancelesdə “iğtişaşlar və xaos yaratmaq cəhdi” adlandırıb.

ABŞ Prezidenti şəhərdə iğtişaşları yatırmaq üçün Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi barədə göstəriş verib.

CNN-in məlumatına görə, bundan sonra Los-Ancelesdə 1700-ə yaxın Milli Qvardiya hərbçisi yerləşdirilib. Ardınca ABŞ Müdafiə Nazirliyi şəhərə təxminən 700 dəniz piyadasının yerləşdirildiyini açıqlayıb.

ABŞ-nin müvafiq qurumları tərəfindən iyunun 6-da şəhərdə aparılan reydlər o vaxtdan bəri davam edən iğtişaşlara səbəb olub. Reydlər zamanı azı 44 miqrant immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 553 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 553 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 553 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 553 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 553 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 553 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 553 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 553 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 553 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 553 baxış
Seçilmişlər
icon