Universitetlər səfərbərliyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya hakimiyyəti əyani təhsil alan tələbələri kütləvi şəkildə orduya səfərbər etmək niyyətindədir”. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiyada səfərbərliyin növbəti dalğası üçün artıq hazırlıqlar görülür: “Novosibirsk Dövlət Pedaqoji Universiteti, Tomsk Politexnik Universiteti, Tomsk Dövlət Pedaqoji Universitetində artıq hazırlıqlar başlayıb”, - deyə məlumatda qeyd olunub.
Məlumata görə, Rusiyada səfərbərlik aprelin 1-dən – həqiqi hərbi xidmətə çağırışın başlamasından əvvəl həyata keçiriləcək və lazım gələrsə, çağırışın başlanması gecikdirilə bilər.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya kəşfiyyatı və ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
