USAID-lə bağlı çaxnaşma böyüyür | Trampın qərarları onları özündən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini idarə edən İlon Mask sosial şəbəkədə bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in ləğvi prosesi gedir.
İ.Maskın sözlərinə görə, USAID bərpa oluna bilməz. O, USAID-ə qarşı ağır ittihamlar səsləndirib, hətta bioloji silahların maliyyələşdirilməsində ittiham edib.
Məsələ burasındadır ki, bu, adi təşkilat deyil. 1961-ci ildə yaradılan USAID müstəqil agentlik sayılsa da, Dövlət Departamenti ilə əlaqəli fəaliyyət göstərib. 2023-cü ildə büdcəsi 50 milyard dollar göstərilən USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir. Əsasən mülki xarici yardımların idarə edilməsi işlərini həyata keçirsə də, bu qurumun müxtəlif siyasi proseslərə təsir etdiyi də iddia edilir.
İndi vəziyyət belədir ki, D.Tramp hökuməti USAID-in layihələrini dayandırıb. Agentliyin “X” hesabı bağlanıb, saytı da fəaliyyət göstərmir. Maraqlıdır ki, dünyada USAID olmasa, nə baş verəcək?
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
