Uşakov: "Rusiya ilə ABŞ arasında sülh planı ciddi müzakirə olunmayıb"
"Əbu-Dabidə Rusiya ilə ABŞ arasında sülh planı ilə bağlı hələ ciddi şəkildə müzakirə aparılmayıb".
Bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib. Müsahibə Zarubinin "Telegram" kanalında yayımlanıb.
"Əbu-Dabidə sülh planı müzakirə olunmayıb. Sülh planı, ümumiyyətlə, detallı şəkildə hələ heç kimlə müzakirə olunmayıb. Biz onu görmüşük, bizə onu veriblər, amma müzakirələr hələ baş tutmayıb. Əlimizdə sənəd var, amma rəsmi deyil. Biz onu heç kimlə müzakirə etməmişik, çünki bu, həqiqətən, ciddi şəkildə təhlil tələb edir, bir çox məqamların ekspertlər arasında xüsusi müzakirə olunmasına ehtiyac var", – deyə Uşakov Əbu-Dabidəki danışıqların yekununa görə sülh planı haqqında hansısa təsəvvürün formalaşıb-formalaşmayacağına dair jurnalistin sualına cavabında bildirib.
O həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının ciddi işlər apardığını, mütəmadi olaraq görüşərək olduqca həssas məsələlər, o cümlədən əsir mübadiləsi ilə bağlı müzakirələr apardıqlarını qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Rusiyada dron hücumuna məruz qalan azərbaycanlı həlak oldu - Baku TV
- Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV
- Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI
- Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI
- Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI
