“Uzaqmənzilli hücumlar cavab xarakterlidir” | Zelenski
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ölkə ordusunun bir sıra strateji obyektlərə uğurlu zərbələr endirdiyini bildirib.
Onun sözlərinə görə, cəbhə xəttindən təxminən 300 kilometr uzaqlıqda yerləşən hədəflər vurulub və bu əməliyyatlar Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab xarakteri daşıyır.
Zelenski əməliyyatların icrasında iştirak edən Ukrayna Təhlükəsizlik Xidməti, pilotsuz sistemlər qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Xüsusi Əməliyyat Qüvvələrinə təşəkkür edib. O qeyd edib ki, bu strukturların koordinasiyalı fəaliyyəti nəticəsində bir sıra hərbi və logistik obyektlər zərərsizləşdirilib.
Məlumata görə, hücumlar Krım körpüsünün yaxınlığında yerləşən infrastruktur, Krasnodar diyarında neft daşınma şəbəkəsi və Kerçdəki yanacaq bazasını əhatə edib.
Eyni zamanda Rusiya Ordusuna məxsus S-400 sistemlərinin radiolokasiya stansiyaları və “Pantsir” komplekslərinin də hədəfə alındığı bildirilir. Ukrayna Prezidenti vurğulayıb ki, qarşı tərəfin hərbi təzyiqlərinə cavab yalnız güc vasitəsilə mümkün olur və uzaqmənzilli zərbələr ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
