Pleyeri seçin:

Uzunqulaqların ailə üzvü kimi yaşadığı, şərabın su kimi içildiyi Santorini - ORALARDA NECƏDİR?

13 iyun 2024 683 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə Egey dənizi sahilində yerləşən, bənzərsiz mənzərəsi, qayalar üzərində mavi damları və ağappaq evləri ilə məşhur olan Yunanıstanın Santorini adasından bəhs olunub.

Ada əhalisinin həyatı, yaşaması birbaşa olaraq turizmlə bağlıdır. Buraya gələn hər kəs mütləq ağ, mavi evlərin fonunda şəkil çəkdirməli və Santorini səfərini dünyaya bəyan etməlidir.

Yerli əhali doğma adaları haqqında deyir ki, burada sudan çox şərab, insandan çox uzunqulaq, evdən çox kilsə var. Santorinini gəzdikcə bunun nə dərəcədə doğru olduğunu müşahidə etmək olar. Əhalisi 16 min nəfərdir. Göstəricilərə görə, hər il buraya 1 milyon turist gəlir.

Santorinidə kafedə qidalanmaq evdə yemək bişirməkdən ucuz başa gəlir. Səbəb isə odur ki, marketlərdəki qidalar başqa ərazilərdən gətirildiyindən çox məsrəflidir. Restoranlar isə yerli fermerlərlə işləyirlər.

Santorini Yunanıstanın ən varlı adası hesab olunur. Maaşlar 1000 avro civarındadır. Bu da bizim pulla 1845 manat edir. Minimum əməkhaqqı isə 560 avro, yəni 1033 manatdır. Santorini əhalisi vergilərdən şikayət edir. Burada avtomobilin, qayığın, hətta uzunqulağın varsa, mütləq vergi ödəməlisən. Çünki bunların hamısı nəqliyyat vasitəsidir.

Adada yer o qədər azdır ki, dünyasını dəyişənləri həmişəlik basdırmırlar. Əgər vəfat edən tanınmış insandırsa, o zaman 7 il müddətində məzarda yata bilər. Burada elə bütün Yunanıstanda olduğu kimi məzarı sanki pulla kirayə verirlər və məzarın sakinləri vaxtaşırı dəyişir. Adətən bir neçə ildən sonra qalıqların məzarda qalması üçün yenidən pul ödəmək lazım olur. Buna imkanı olmayanlar yaxınlarının nəşini götürüb böyük şəhərlərdən kənarda basdırırlar. 

Banner
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 683 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 683 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 683 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 683 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 683 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 683 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 683 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 683 baxış
Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 683 baxış
Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Dünya
10 noyabr 2026 683 baxış
Seçilmişlər
icon