“Vaşinqton dronlardan müdafiə üçün sorğu göndərdi” | Zelenski
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqton Ukraynaya İran dronlarına qarşı mübarizədə dəstək barədə sorğu göndərib.
Bu barədə Ukrayna lideri öz "Telegram" kanalında yazıb.
"Biz ABŞ-dən Yaxın Şərq regionunda "Shahed"lərdən müdafiə üçün konkret dəstək barədə sorğu aldıq. Mən lazımi vasitələrin təqdim edilməsi və zəruri təhlükəsizliyə zəmanət verə biləcək Ukrayna mütəxəssislərinin iştirakının təmin olunması barədə tapşırıq verdim", – deyə Zelenski qeyd edib.
Daha əvvəl "Financial Times" nəşri yazmışdı ki, ABŞ və Fars körfəzinin azı bir dövləti İrana qarşı hərbi əməliyyat çərçivəsində Ukraynadan dron əleyhinə vasitələrin satın alınmasını müzakirə edir.
Nəşr həmçinin bildirib ki, Ukrayna ucuz dron əleyhinə vasitələr hazırlayıb və onların kütləvi istehsalına başlayıb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
