Vaşinqton enerji bazarını sabitləşdirmək istəyir - Baku TV
ABŞ Maliyyə Nazirliyi gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı ilə daşınması əməliyyatlarının ABŞ sanksiyalarından çıxarılmasını daha 30 gün müddətinə uzadır.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent "X" sosial şəbəkəsində yazıb.
O, ən həssas ölkələrin gəmilərə yüklənmiş Rusiya neftinə müvəqqəti çıxışını təmin etmək üçün ümumi lisenziya verib. Bessent bildirib ki, bundan əvvəl bir neçə dövlət Rusiya neftinin satın alınması üçün daha çox vaxt əldə etmək məqsədilə xahiş edib.
"Bu uzadılma əlavə çeviklik təmin edəcək və biz zərurət yarandıqca konkret lisenziyalar təqdim edərək bu ölkələrlə işləyəcəyik. Bu ümumi lisenziya xam neftin fiziki bazarını sabitləşdirməyə kömək edəcək və onun enerji baxımından ən həssas ölkələrə daxil olmasını təmin edəcək. O həmçinin Çinin aşağı qiymətlərlə neft toplamaq imkanlarını azaltmaq hesabına mövcud tədarükləri buna ən çox ehtiyacı olan ölkələrə yenidən yönəltməyə kömək edəcək", – deyə bəyanatda bildirilir.
#ABŞ Maliyyə Nazirliyi teqi istifadə olunub
- İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI
- Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir
- ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV
- ABŞ-nin irəli sürdüyü tələb mümkün razılaşmanın taleyini dəyişə bilər - Baku TV
- ABŞ-nin dövlət borcu ilə bağlı məlumatlar yalandır?
