Vaşinqton kimlərin canına qorxu saldı? | Avropalı diplomatdan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqtonun Moskva ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıtmaq riski daşıyır.
Bu barədə “France-Presse” agentliyinə (AFP) müsahibə verən avropalı diplomat açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Administrasiyasının və Prezident Donald Trampın Moskva ilə əlaqələr qurması Alyansda “Vaşinqtonun, nəhayət, NATO-nun əsas düşməni hesab olunan Moskvanın tərəfinə keçə biləcəyi” qorxusu yaradıb.
“Optimizm səviyyəsi açıq şəkildə azalır. ABŞ hələ konkret qərarlar qəbul etməsə də, hər gün Alyansın əsaslarına yeni bir zərbə vurur”, − avropalı rəsmi qeyd edib.
Diplomatın fikrincə, Alyans daxilində D.Trampın Rusiya ilə apardığı dialoqun Ukrayna münaqişəsini həll etmək üçün danışıqlar strategiyasının bir hissəsi ola biləcəyi də istisna edilmir:
“Əgər bu, yalnız taktiki bir addımdırsa, qəbul edilə bilər. Əgər strateji bir dönüşdürsə, bu, əlbəttə ki, ciddi problemdir”.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri 18 mart tarixində telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, eskalasiyanın qarşısını almaq üçün şərtləri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin məlumatına görə, münaqişənin həlli üçün əsas şərt Kiyevə xarici hərbi yardımların və kəşfiyyat məlumatlarının tamamilə dayandırılması olacaq.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
