Vaşinqton Tehranla razılaşa biləcək? | Cey Di Vensdən diqqətçəkən açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ İrana nüvə silahının hazırlanmasından qeyd-şərtsiz imtina müqabilində qlobal iqtisadiyyatın bir hissəsi olmaq şansı təklif edir".
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Corciya ştatında universitetdə keçirilən forumdakı çıxışında bildirib.
"O, məhz bu mübadiləni təklif edir", – deyə Vens Prezident Donald Tramp barədə danışarkən bildirib.
“Biz danışıqları davam etdirmək və bu planı həyata keçirmək üçün çalışmaq niyyətindəyik, çünki bu, dünya, ölkəmiz, hər kəs üçün gözəl nəticə olardı. Buna görə də mən bunu reallaşdırmaq üçün hər cür səy göstərəcəyəm", – deyə Vens əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqları davam etdirmək niyyətindədir və güman edir ki, İran tərəfi razılığa gəlməkdə maraqlıdır.
Eyni zamanda ABŞ vitse-prezidenti hesab edir ki, Pakistanda İranla danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
#Cey Di Vens teqi istifadə olunub
- ABŞ husilərlə bağlı hadisələrin inkişafını diqqətdə saxlamağa davam edəcəyini açıqlayıb
- Vens İrana qarşı mümkün təxribat əməliyyatlarından danışıb
- ABŞ-nin İranla müharibə planında əsas məqsədinin nə olduğu bildirildi - Baku TV
- Trampın siyasi irsi uğrunda mübarizə | Respublikaçılar Partiyası Vensi hədəfə aldı
- Trampın Türkiyə səfəri İsraili narazı salıb? | Bölgədə vəziyyət necə olacaq? - Baku TV
