Pleyeri seçin:
Vaşinqton və Pekin arasında kritik razılaşma | Tariflərlə bağlı hansı qərarlar verildi?
Rəsmi Pekin Amerika mallarına tətbiq olunan idxal rüsumlarını müvəqqəti olaraq azaldacağını elan edib.
Bu barədə Çin KİV məlumat yayıb.
Bildirilir ki, ABŞ və Çin qarşılıqlı olaraq tariflərin 10 %-ə qədər azaldılması barədə razılığa gəlib.
İki ölkə arasında iqtisadiyyat və ticarət məsələlərinə dair Cenevrədə keçirilmiş ikigünlük danışıqlardan sonra yayımlanan birgə bəyanatda bu haqda qeyd olunub.
Bəyanatda bildirilib ki, rəsmi Vaşinqton aprel ayında tətbiq etdiyi əlavə rüsumları ilkin olaraq 90 günlük müddət üçün 24 faiz bəndi qədər azaldacaq. Bununla belə, advalor gömrük rüsumunun qalan hissəsini 10 % səviyyəsində saxlayacaq. Çin də öz növbəsində analoji tədbirlər həyata keçirəcək.
Kopyalandı
#Çin teqi istifadə olunub
- Son 10 ilin ən güclü tayfunu kimi tarixə düşüb
- Hansı ölkələr İrana silah tədarük etməyəcək? | Trampdan ciddi xəbərdarlıq - Baku TV
- Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir
- Aİ və Çin arasında yeni ticarət münaqişəsi yaranır?
- İncəsənət Muzeyində göl sərgi eksponatlarından birinə çevrilib
