Pleyeri seçin:
Vaşinqtondakı qalmaqallı görüşdən sonra Trampdan ilk açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazır olmadığını bildirib.
Tramp bunu “Truth Social” sosial şəbəkəsində açıqlayıb.
“Ağ Evdə çox əhəmiyyətli bir görüş keçirdik. Belə bir gərginlik və təzyiq altında müzakirə olmadan başa düşülməsi mümkün olmayan çox məsələni öyrəndik. Mən başa düşdüm ki, Zelenski sülhə hazır deyil.
Çünki o, hesab edir ki, bizim iştirakımız ona danışıqlarda böyük üstünlük verəcək. Mənə üstünlük lazım deyil, mənə sülh lazımdır. O, ABŞ-nin Oval Kabinetində hörmətsizlik nümayiş etdirdi. Zelenski sülhə hazır olduqda geri qayıda bilər”, — deyə Tramp ukraynalı həmkarı ilə görüşündən sonra yazıb.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
