Vaşinqtondan böyük xərc | ABŞ gündə neçə milyon dollar xərcləyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı əməliyyatlar təkcə hərbi deyil, həm də iqtisadi nəticələr göstərməyə başlayıb.
Mütəxəssislərin ilkin hesablamalarına görə, əməliyyatların ilk 24 saatında istifadə edilən sursat, qırıcı təyyarələrin uçuşlarının dəyəri və bölgəyə hərbi göndərişlərə milyardlarla dollar xərclənib.
Qeyd olunub ki, ABŞ Ordusu İrana qarşı hərbi əməliyyatın ilk 24 saatında təxminən 779 milyon dollar xərcləyib. Eyni zamanda təyyarələrin və onlarla dəniz gəmisinin bölgədə yerləşdirilməsi əlavə 630 milyon dollara başa gəlib.
Regiondakı hər bir təyyarədaşıyan qrupunun gündəlik istismar xərcləri təxminən 6,5 milyon dollardır. İlk gündən bəri ümumi xərc təxminən 2 milyard 276 milyon dollar təşkil edib.
Vurğulanıb ki, müharibənin saatlıq dəyəri 9,16 milyon dollar, gündəlik dəyəri isə təxminən 220 milyon dollardır.
Bu arada, İraqdakı ABŞ səfirliyi bütün amerikalıları ölkəni tərk etməyə və ya mümkün qədər tez bir zamanda sığınacaq tapmağa çağırıb. Bu barədə ABŞ-nin İraqdakı səfirliyinin “X” hesabında məlumat verilib.
“İraqdakı ABŞ vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə və ya təhlükəsiz şərait yaranana qədər sığınacaq tapmağa çağırırıq”, – deyə məlumatda bildirilir.
Səfirlik həmçinin vətəndaşları qida, su, dərman və digər zəruri vasitələrlə bağlı ehtiyat tədbiri görməyə çağırıb.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI
- İsrail qırıcıları işə salındı | Dünyaya səs salacaq hücumlar başlayır? - Baku TV
- Trampın hücum qərarı İranın nüvə obyektlərinin taleyini dəyişə bilər - Baku TV
- Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
- "İran cavab verməyə hazırdır" | Tehran Vaşinqtona hansı mesajı verdi? - Baku TV
