Vaşinqtonun atəşkəsi pozması regionu yeni müharibəyə sürükləyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ İranla atəşkəsə əməl etmir və dialoqa inanmır".
Bunu İran parlamentinin sədri və ABŞ ilə danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.
O, ABŞ-nin Hörmüz boğazını blokadaya alması və İsraili dəstəkləməsinə görə Ağ Evə xəbərdarlıq edib.
"Onlar nə atəşkəsə əməl edir, nə də dialoqa inanırlar və dəniz blokadası, eləcə də Livanla bağlı razılaşmaların pozulması vasitəsilə yalnız güc dilindən anladıqlarını göstərirlər. İran xalqına qarşı dəniz blokadası və Amerikanın İsrailə "yaşıl işıq" verməsi Vaşinqtonla Təl-Əvivin regiondakı bazalarını İranın qanuni hədəflərinə çevirir", – deyə İran parlamentinin spikeri vurğulayıb.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp İranın 14 bəndlik memorandum üzrə razılaşması üçün Tehrana təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. İran isə tutduğu mövqedən geri çəkilmir. Hörmüz boğazındakı son gərginliklər də danışıqlar masasında ortaq məxrəcin əldə edilməməsi ilə izah olunur.
#Məhəmməd Baqir Qalibaf teqi istifadə olunub
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
- Tehran regionun gələcəyini nədə görür? | Qalibafdan açıqlamalar - Baku TV CANLI
- Tehran Vaşinqtona meydan oxudu
- Qalibaf Trampın siyasətinin bölgənin gələcəyini riskə atdığını bildirir - Baku TV
