Vaşinqtonun Tehrandan əsas istəyi | Xamanei ABŞ-yə od püskürdü
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ bilavasitə müharibəyə qarışdı, çünki sionist rejimin tamamilə məhv olacağını hiss edirdi. Lakin bu müharibədən heç nə qazana bilmədi”.
Bu sözləri İranın Ali Rəhbəri Seyid Əli Xamenei deyib.
“Bu cəbhədə İran İslam Respublikası qalib gəldi və ABŞ-yə ağır zərbə vurdu. ABŞ-nin bölgədəki mühüm bazalarından biri olan Əl-Udeyd bazası hücuma məruz qalıb və zədələnib. Prezident Amerikadakı çıxışında “İran təslim olmalıdır” deyib. Məsələ artıq uranın zənginləşdirilməsi, nüvə sənayesi deyil, məsələ İranın təslim olmasıdır.
Bu bəyanat ABŞ Prezidenti üçün çox böyük səslənir. Lakin həmin açıqlama bir həqiqəti üzə çıxardı. Amerikalılar inqilabdan bəri İran İslam Respublikası ilə mübarizə aparır, daim bəhanələr gətirirlər: insan haqları, demokratiyanın müdafiəsi, qadın hüquqları, zənginləşmə, nüvə məsələsi, raket proqramı. Əslində onlar yalnız bir şey istəyirlər: İranın təslim olmasını.
Əvvəlkilər bunu qəbuledilməz olduğu üçün açıq deməzdilər. Bu həqiqəti müxtəlif adlarla gizlədərdilər. ABŞ Prezidenti həmin həqiqəti üzə çıxardı, göstərdi ki, amerikalılar yalnız İranın təslim olmasını qəbul edəcəklər, daha azını yox. İran xalqı bilməlidir ki, sözügedən mübarizənin səbəbi budur. Bu isə böyük təhqirdir. Amma belə bir şey heç vaxt olmayacaq”, – deyə o bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
