Venesuela Prezidenti: Sülhü gətirəcək bir şəxs varsa, o...
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuela Prezidenti Nikolas Maduro HƏMAS-ın hücumundan sonra yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış edib və baş verənləri qətiyyətlə pisləyib.
O, eyni zamanda İsrail-Fələstin münaqişəsinə son verilib, sülhün əldə olunmasında ancaq Türkiyə Prezidentinin böyük rolunun ola biləcəyini xüsusi qeyd edib.
Maduro Ərdoğanın yaranmış vəziyyətlə bağlı açıqlamalarını və mövqeyini dəstəkləyərək deyib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla tamamilə razıyam. O, son dərəcə ağlı başında sözlər işlədir. BMT qərarlarına hörmətlə yanaşılaraq ədalətli və tam sülh əldə edilməlidir. İnanıram ki, Ərdoğan bir lider olaraq bu məsələyə müdaxilə edəcək. Atəşkəsin və ədalətli sülhün əldə olunmasını təmin edə biləcək bir şəxs varsa, o da Ərdoğandır”.
#Venesuela teqi istifadə olunub
- Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi
- Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir
- Maduronun devrilməsindən sonra Venesuelanın neft bazarında böyük dəyişiklik başlayır - Baku TV
- Tərəflər uzun illərdən sonra enerji sektorunda yeni əlaqələr qurur - Baku TV CANLI
- Venesuelada seçkilərin keçirilməsi məsələsi yenidən gündəmə gəlib
