Venesuela tankerindəki neft müsadirə ediləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Venesuela ilə uzunmüddətli hərbi münaqişədə maraqlı deyil.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Venesueladakı quru hədəflərinə hava zərbələrinin başlanması, habelə ABŞ Silahlı Qüvvələrinin bu ölkəyə mümkün tammiqyaslı hərbi müdaxiləsi Trampın seçiciləri arasında populyar olmayan uzun sürən hərbi münaqişəyə səbəb olub-olmaması barədə suala Levitt "Uzun sürən müharibə bu prezidentin maraqlarına qətiyyən uyğun deyil, o bunu çox aydın şəkildə bildirib. O, sülh istəyir, həmçinin bütün ölkə üzrə yüzminlərlə amerikalının həyatına son qoyan narkotiklərin ABŞ-yə qanunsuz idxalına son qoyulmasını istəyir", – deyə cavab verib.
Daha sonra ABŞ Administrasiyasının bir müddət əvvəl Venesuela sahilləri yaxınlığında saxladığı tankeri və onun daşıdığı nefti müsadirə etməyi planlaşdırdığını qeyd edib.
Levitt əlavə edib ki, hazırda müstəntiqlər gəmi üzərində işlər aparır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
