Vəziyyət nəzarətdən çıxdı: ABŞ-İran qarşıdurmasında təhlükəli mərhələ - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv etməsi İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulmasıdır.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
"İslamabad Memorandumunun imzalanmasından 20 gündən az vaxt keçməsinə baxmayaraq, 21 iyun tarixində verilmiş ümumi icazənin ləğv edilməsi ABŞ hakimiyyətinin pis niyyətinin, qeyri-sabitliyinin və etibarsızlığının başqa bir göstəricisidir", – deyə bəyanatda qeyd edilib.
Bildirilib ki, İran İslam Respublikası öz milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi hər bir addımı atacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib.
Bu arada, ABŞ İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başlayıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində yazıb.
"Mərkəzi Komandanlığın qüvvələri İrana silsilə güclü zərbələr endirməyə başlayıb. ABŞ zərbələri Hörmüz boğazından keçən üç kommersiya gəmisinə İranın vurduğu zərbələrə cavab olaraq endirilir. İranın təcavüzü əsassız, təhlükəli olub və atəşkəs rejiminin açıq-aşkar pozulması idi", – deyə Mərkəzi Komandanlıqdan qeyd edilib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
