Vladimir vilayətində “Wildberries” anbarına PUA hücumu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Vladimir vilayətinin Sobinka dairəsindəki anbarda yanğın olub, logistika obyektinin əməkdaşları təxliyə edilib.
Bu barədə Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev məlumat verib.
"Anbar kompleksinə pilotsuz uçuş aparatı vasitəsilə hücum edilib. Dağıntılar, yanğın var", – deyə o bildirib.
Obyektin "Wildberries"ə aid olduğu təsdiqlənib. "Şirkətin Vladimir vilayətindəki logistika obyektində yanğın baş verib. İnsanlar təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur", – deyə məlumatda bildirilib.
Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələri Ukrayna istehsalı olan FP-1 dronlarından istifadə edərək "Wildberries" logistika mərkəzinə hücum edib.
Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb.
Onun sözlərinə görə, son sutka ərzində vilayətin 49 yaşayış məntəqəsinə 1083 zərbə endirilib. Zərbələr əsasən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
"İnfrastruktur obyektlərinə, yaşayış evlərinə və avtomobillərə ziyan dəyməsi ilə bağlı 298 məlumat daxil olub", – deyə Fyodorov bildirib.
#PUA hücumu teqi istifadə olunub
- Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Rusiya liderini daşıyan bortlar Moskva səmasında dövrə vurub - 24 SAAT
- Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
