Zelenskidən Ağ Evdəki qalmaqallı görüşlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Venslə bağlı insidentin səbəblərini başa düşdüyünü, lakin baş verənləri müzakirə etmək niyyətində olmadığını bildirib.
O bu barədə Londonda keçirilən sammitin yekunları üzrə Ukrayna və Britaniyadan olan jurnalistlərlə söhbəti zamanı söyləyib.
“Baş verənləri müzakirə etmək istəmirəm. Düşünmürəm ki, bu formatda güclü əlaqələr qurmağa davam etmək olar. Əminəm ki, bu vəziyyət keçəcək. Qarşıda daha vacib şeylər var və hamımız konstruktiv olmağa davam etsək, o zaman müsbət nəticə əldə olunacaq”, ‒ deyə V.Zelenski bildirib.
Ukrayna lideri vurğulayıb ki, insidentin mahiyyətini başa düşsə də, təfərrüatları özündə saxlamağa üstünlük verir.
O həmçinin müttəfiqlərdən, o cümlədən amerikalılardan konstruktiv dialoqu davam etdirəcəklərini gözlədiyini söyləyib və onları kimin təcavüzkar olduğunu xatırlamağa çağırıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
