Xamenei Tehranın təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“İğtişaşçı ilə danışmaq faydasızdır”.
Bu fikirləri İranın ali lideri Ayətullah Əli Xamenei səsləndirib.
İranın ali lideri hesab edir ki, etiraz haqlıdır, amma etiraz iğtişaşlardan fərqlidir:
“Biz etirazçı ilə danışırıq. Rəsmilər etirazçı ilə danışmalıdırlar. Amma iğtişaşçı ilə danışmaq faydasızdır. İğtişaşçı sakitləşdirilməlidir”.
Əli Xamenei həmçinin bildirib ki, Tehran düşmənə təslim olmayacaq:
“Düşmənin qarşısında geri çəkilməyəcəyik. Düşməni diz çökdürəcəyik”.
Onun bu sözləri ABŞ Prezidenti Donald Trampın İrandakı etirazçılara kömək etməyə hazır olması ilə bağlı açıqlamalarına cavab olaraq səsləndirdiyi ehtimal edilir.
Bununla yanaşı, İranda davam edən etirazlar fonunda ölkənin xarici işlər naziri Abbas Əraqçi İran Silahlı Qüvvələrinin hazırlıq vəziyyətində olduğunu və hücum halında haranı hədəf alacağını dəqiq bildiyini bildirib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
