Xameneidən Putinə sensasiyalı məktub | Rusiya İranı xilas edəcək, yoxsa...?
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Ali rəhbəri Seyid Əli Xamenei Rusiya Prezidenti Vladimir Putindən kömək istəyir.
Bu məqsədlə islam respublikasının xarici işlər naziri Abbas Ərağçini Moskvaya göndərib. İranın Xarici İşlər Nazirliyi rəhbəri Xameninin məktubunu Putinə çatdırmalıdır.
“Reuters”də yayılan məlumata görə, Putin İsrailin İrana hücumlarını qınasa da, ABŞ-nin hücumuna münasibət bildirməyib. Sadəcə olaraq münaqişənin və nüvə probleminin həlli istiqamətində Moskvanın vasitəçiliyini təklif edib. Bu isə Xameneini qane etmir və Tehran İsraillə ABŞ-yə qarşı Kremldən daha böyük dəstək umur. İslam respublikasının Rusiyadan hansı yardımı istədiyinin təfərrüatları açıqlanmır.
Məqalədə deyilir ki, Donald Trampın Rusiya ilə münasibətləri nizamlamaq istədiyi bir vaxtda Putinin İrana görə ABŞ ilə qarşıdurmaya razılaşacağı gözlənilmir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
