Xameneidən Putinə şikayət mesajı | Tehranı bu dəfə Moskva məyus etdi...
Yeniliklərdən dərhal xəbərdar olun
İran xarici işlər naziri Abbas Ərağçi Moskvaya son səfəri və Vladimir Putinlə görüşündə ölkə rəhbəri Əli Xameneinin şikayət mesajını ona çatdırıb.
Bunu İranın “Fərhixteqan” qəzeti yazıb.
“Əli Xamenei mesajında bildirib ki, Rusiya 12 günlük müharibə zamanı İslam Respublikasının gözləntilərini doğrultmayıb”, – qəzet bildirib.
Nəşr İsrail-İran müharibəsində Moskvanın mövqeyinin müttəfiq ölkəyə yaraşmadığını qeyd edib:
“Müharibənin əvvəlində ruslar münaqişənin sona çatmasını istəyir, İsraili işğalçı kimi tanıyır və bu ölkənin hücumunu pisləyirdi. Ancaq ümumilikdə onların mövqeyi o qədər də güclü deyildi və İranın gözlədiyi kimi olmadı. Tehran rusların bu məsələdə daha möhkəm dayanmalarını, daha sərt və ciddi mövqe ifadə etməsini gözləyirdi, bu isə olmadı”.
Qeyd edək ki, 2025-ci ilin yanvarında İran və Rusiya uzunmüddətli əməkdaşlığı gücləndirmək məqsədilə hərtərəfli strateji anlaşma memorandumu imzalayıb.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
