Pleyeri seçin:

Xameneinin ölümü İranı zəiflədəcək, yoxsa...? | Əraqçi sözünü dedi - Baku TV

03 mart 2026 430 baxış

“İranda Əli Xameneinin öldürülməsi ilə mövcud sistemin çökəcəyinə inanmırlar”.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, Xameneinin və yüksəkrütbəli komandanların öldürülməsinə baxmayaraq, İranın hələ də dünyanın ən böyük ordularından biri qarşısında dayanması və güclü cavablar verməsi onu göstərir ki, mövcud sistem köklü və möhkəm struktura malikdir və şəxslər getməsi ilə dağılmaya məruz qalmır.

Xarici işlər naziri bir daha vurğulayıb ki, hazırkı müharibədə İran haqlı tərəfdir. Onun sözlərinə görə, rəsmi Tehran müharibənin qarşısını almaq və regionda sülhü qorumaq üçün heç nəyi əsirgəməyib və danışıqlar yolunu sınayıb.

Bu arada, ABŞ və İsrailin İranın İsfahan əyalətinə endirdiyi zərbələr nəticəsində azı 47 nəfər ölüb. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

İran isə ABŞ-nin Bəhreyndəki hərbi bazalarına, həmçinin İraqın Bağdad Hava Limanı yaxınlığındakı obyektlərinə zərbələr endirib.

BBC-nin məlumatına görə, Bəhreyndəki bazada ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir.

“Al Hadath” telekanalı isə xəbər verib ki, Bağdad aeroportu yaxınlığında ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən istifadə olunan hərbi baza da hücuma məruz qalıb.

İsrail və ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlar isə azı aprel ayına qədər davam edə bilər. Bu barədə “Kan” dövlət televiziyası adı açıqlanmayan dövlət rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail Pasxa bayramına qədər əməliyyatları davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 1-dən 8-dək qeyd olunacaq.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 430 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 430 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 430 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 430 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 430 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 430 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 430 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 430 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 430 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 430 baxış
Seçilmişlər
icon