Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.
Bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, səhər saatlarında Kupyansk rayonunun Kovşarovka qəsəbəsinə dronun düşməsi nəticəsində 68 yaşlı kişi həlak olub.
Gündüz saatlarında Xarkovun Kiyevski rayonunda şəhər qəbiristanlığının ərazisinə “İtalmas” tipli pilotsuz uçuş aparatı zərbə endirib. Qəbirlər və qaz borusu zədələnib. Xəsarətalanlar barədə məlumat yoxdur.
Axşam saatlarında vilayətin Kupyansk rayonunun Mixaylovka kəndində dron hücumu nəticəsində 46 yaşlı qadın yaralanıb.
Bundan başqa, Xarkov vilayətinin Çuquyev rayonunun Vasilyevka kəndində dron zərbəsi nəticəsində 51 yaşlı kişi həlak olub.
#Rusiya Ordusu teqi istifadə olunub
- Dördmərtəbəli binaya zərbə | Zərbədən sonra yanan binadan neçə nəfər xilas edildi? - Baku TV
- Rusiya hücumu bir neçə istiqamətdən həyata keçirdi
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
