Xərçəng xəstəliyində inqilab | 95 faiz uğurlu nəticə əldə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Çin elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən çoxyönlü süni intellekt modeli hazırlayıb.
Süni intellekt modelini Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyalar istehsal edən “SenseTime” şirkətinin tədqiqatçıları ərsəyə gətiriblər. Onlar bunun üçün təxminən 300 min rəqəmsal patoloji təsvirdən istifadə ediblər.
Tədqiqatçılar çoxyönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyini ifadə ediblər. Həmçinin buraya pan-xərçəng təsnifatı, lezyonların tanınması, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi də daxildir.
“PathOrchestra” adlandırılan çoxyönlü süni intellekt tətbiqi 50-yə yaxın xərçəng hadisəsində 95 faizdən çox dəqiqliklə diaqnoz qoyub.
Tətbiqin Çinin süni intellekt sahəsində sürətli inkişafının göstəricisi olduğu vurğulanıb.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
