Pleyeri seçin:

Yad sivilizasiyalılar burada sirli ayinlər keçirib: Göbəkli Təpə - ARAŞDIRMA

18 aprel 2025 761 baxış

Baku TV-də Türkiyənin cənub-şərqində, Şanlıurfa ərazisində yerləşən və təxminən 12 000 il yaşı olan arxeoloji abidə − Göbəkli-Təpə haqqında araşdırma materialı yayımlanıb.

Əsrlər boyu torpağın altında gizlənmiş bu möhtəşəm kompleks bəşəriyyətin ən qədim sirlərindən birini özündə saxlayır. İlk dəfə 1960-cı illərdə sözügedən ərazidə qəribə daşlar tapılsa da, əhəmiyyəti bilinməyib. Ta ki, 1994-cü ildə alman arxeoloq Klaus Şmidt buraya gəlib qazıntılara başlayana qədər.

Arxeoloqlar hesab edirlər ki, bu kompleks dini mərasimlər üçün istifadə olunub. Burada insanların kollektiv şəkildə toplaşıb ayinlər keçirdiyini düşünürlər. Kompleksdə daş üzərində dünyaya uşaq gətirən qadın təsvirinin tapılması, həqiqətən də unikaldır. Göbəkli-Təpədə daşdan hazırlanmış bəzək əşyaları, qablar, əmək alətləri, heykəllər və s. yaxşı qorunmuş əşyalar da tapılıb.

Bəzi nəzəriyyələrə görə, Göbəkli-Təpənin tərk edilməsinin səbəbi iqlim dəyişiklikləri və ya sosial inqilablar ola bilər. Ancaq həqiqət hələ də məlum deyil. Bəs necə olub ki, Göbəkli-Təpə uzun əsrlər boyu belə yaxşı qorunub?

Deyilənlərə görə, abidənin üzərini sadəcə torpaqla örtüblər. Bu haqda bir çox nəzəriyyələr olsa da, dəqiq necə baş verdiyi barəsində heç bir məlumat yoxdur.

Göbəkli-Təpə sivilizasiyanın başlanğıcına dair yeni suallar doğurur. Arxeoloji tədqiqatlar davam etdikcə bu qədim məbəd kompleksi bəşər tarixinin ən böyük sirlərindən birini açmaqda açar olacaq. 

Banner
ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

Dünya
09 noyabr 2026 761 baxış
Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Dünya
09 noyabr 2026 761 baxış
Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Dünya
09 noyabr 2026 761 baxış
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 761 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 761 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 761 baxış
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 761 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 761 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 761 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 761 baxış
Seçilmişlər
icon