Pleyeri seçin:

Yadplanetlilərə aid iz aşkarlandı | Alimlər çaşbaş qaldı

17 noyabr 2024 328 baxış

İspaniyalı tədqiqatçılar qrupu 1963-cü ildə Pireney yarımadasında tapılan məşhur “Vilyena xəzinəsi”nin təhlilini apararaq heyrətamiz bir kəşf ediblər.

Nəticələr göstərib ki, son tunc dövrünə – e.ə. 1400-1200-cü illərə aid olan bu xəzinədə bəzi əşyalar Yerdən kənar mənşəyə malikdir.

“Vilyena xəzinəsi” bilərziklər, kasalar və şüşələr daxil olmaqla 66 qızıl və gümüş artefaktdan ibarətdir. Bu tapıntılar öz dövrünün zərgərlik sənətinin ən vacib nümunəsi hesab olunur. Lakin iki əşya – ajur qızıl vərəqlə örtülmüş içi boş yarımsfera və bilərzik uzun müddət alimləri çaş-baş qoyub. Belə ki, bu əşyaların dəmirdən hazırlanmış olması xronoloji dövrə uyğun gəlmir, çünki dəmir dövrü çox sonra, e.ə. 9-cu əsrdə başlayıb.

Bəzi arxeoloqlar güman edirdilər ki, bu bəzəklər üçün dəmir Tutanxamonun məşhur xəncərində olduğu kimi, düşən meteoritdən götürülüb. Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar xəzinədəki dəmir əşyaların kütlə-spektrometrik analizini aparıblar.

Məlum olub ki, sfera Avstraliyada tapılan “Mundrabilla” meteoriti ilə tərkibcə oxşar olan 5,5% nikel tərkibli meteorit dəmirindən hazırlanıb. Bilərzikdə nikel tərkibi daha aşağı idi – təxminən 2,8%. Lakin sonrakı analiz bu elementin daha yüksək faizini aşkar edib.

Yekun nəticələr üçün əlavə tədqiqatlar tələb olunsa da, alimlərin ilkin versiyası ondan ibarətdir ki, bu artefaktlar üçün metal həqiqətən kosmosdan gəlib və qədim ustalar tərəfindən unikal bəzəklər yaratmaq üçün istifadə olunub.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 328 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 328 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 328 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 328 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 328 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 328 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 328 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 328 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 328 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 328 baxış
Seçilmişlər
icon