Yanacağın İraqdan Suriyaya daşınması mümkün olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İraq hakimiyyəti 10 ildən sonra Suriya ilə sərhəddəki Yarubiə-Rabiə sərhəd-keçid məntəqəsini açıb.
Bu barədə sərhəd xidmətlərinin nümayəndələri məlumat yayıb.
Qeyd olunub ki, bu qərar ABŞ və İsrailin İranla münaqişəsindən sonra Fars körfəzində dəniz daşımalarında yaranan fasilələr fonunda mazutun quru yolu ilə tədarükünün sürətləndirilməsinə və transsərhəd ticarətin bərpasına yönəlib.
Keçid məntəqəsi şimaldakı Nineviya əyalətində yerləşir və Suriyaya yük avtomobilləri ilə yanacaq daşınmasını həyata keçirməyə imkan verəcək. Bundan əlavə, kommersiya yüklərinin hərəkəti bərpa olunur.
İraqın Sərhəd Keçidləri Komissiyasının rəhbəri Ömər əl-Vaili qeyd edib ki, sərhəd keçid məntəqəsinin açılması yük maşınlarının sayının artırılması hesabına Suriyaya yanacaq tədarükü üzrə yükü azaltmağa imkan verəcək.
Hazırda karvanların əsas hissəsi İraqın qərbində yerləşən və indiyədək yeganə fəaliyyət göstərən buraxılış məntəqəsi olaraq qalan Əl-Valid keçidində toplanır.
#İraq teqi istifadə olunub
- İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
