Yaponiya məhv edilən şəhərləri bərpa edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiya hökuməti Ukraynaya 15,8 milyard yen, təxminən 106 milyon dollar məbləğində qrant köçürmək niyyətindədir.
Bu barədə qərar fevralın 19-na planlaşdırılan ikitərəfli konfransın yekununda verilə bilər və məqsəd Ukraynada müharibənin məhv etdiyi bölgələrin bərpasına töhfə verməkdir.
Bu barədə Yaponiyanın kütləvi informasiya vasitələri məlumat yayıb. Bildirilib ki, rəsmi Tokio Kiyevlə əməkdaşlığın 7 prioritet istiqamətini müəyyənləşdirib və bu, konfrans zamanı açıqlanacaq.
Yaponiya tərəfinin Ukrayna ərazisinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına, kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, eləcə də informasiya texnologiyalarının inkişafına təkan verəcəyi gözlənilir.
Bundan başqa, Yaponiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunun bərpasına da yardım göstərəcək.
Qeyd edək ki, Yaponiya hökuməti indiyədək Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib. Bu ilin sonuna qədər ABŞ də Ukraynada yenidənqurma işlərində yaxından iştirak edəcəyinə dair vəd verərək 100 milyon dollar vəsait ayıracağını bəyan edib.
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
