Yaponiyada zəlzələ ölkəni alt-üst etdi | Axtarışlar davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyada baş vermiş güclü zəlzələdə ölənlərin sayı 62 nəfərə çatıb.
Bu barədə regional hakimiyyət orqanları tərəfindən məlumat verilib. Bildirilir ki, azı 300 nəfər yaralanıb.
Məlumata görə, ölkənin qərbində ən çox zərər çəkmiş Noto yarımadasında xilasetmə işləri afterşoklar fonunda davam edir.
Davam edən təkanlara görə, fəsadların tam miqyası məlum deyil, dağıntılar və dağılmış yollar yardımın çatdırılmasına, həmçinin xilasetmə işlərinə mane olur.
“Vəziyyət fəlakətlidir, evlərin təxminən 90%-i qismən, demək olar ki, tamamilə dağılıb”, – deyə Suzu meri Masuhiro İzumiya prefektura hökumətinin iclasında deyib.
Bu arada torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıqlar edilib.
Son məlumatlara görə, təxliyə edilənlərin sayı 57 360 nəfər olub.
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
