Yaşadığı evin qarşısında Trampa qarşı növbəti dəfə sui-qəsdə cəhd edildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.
Bu barədə Respublikaçıların təşviqat qərargahı bəyanat yayıb.
Trampın seçki kampaniyasının nümayəndəsi Stiven Çunq bildirib ki, ona yaxın ərazidən atəş açılıb və hazırda heç bir həyati təhlükəsi yoxdur.
Qeyd olunub ki, atəş açılan zaman keçmiş prezident ona məxsus beynəlxalq qolf klubunda qolf oynayıb. Klub dərhal bağlanıb. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Konqresin Nümayəndələr Palatasının üzvü, respublikaçı Marjori Taylor-Qrin isə “X”dəki hesabında hadisəni belə şərh edib:
“Tramp başqa bir sui-qəsd cəhdindən salamat çıxdı. Onu öldürməyə çalışırlar. Onlar Trampın qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
