Pleyeri seçin:

Yaxın Şərqdə elə şeylər baş verə bilər ki... | ABŞ-nin İrandan əsas tələbləri

28 fevral 2025 159 baxış

Donald Tramp hakimiyyətə gəldiyindən bəri hədəfindəki əsas ölkələrdən biri İrandır.

Yeni prezident İranla müharibənin tərəfdarı deyil, bu, ABŞ-ni iqtisadi olaraq çətin vəziyyətə sala bilər.

Trampın əsas məqsədi həm Yaxın Şərq, həm də Ukraynada müharibələri tez bir zamanda ölkəsinin və müttəfiqlərinin mənafeyinə uyğun şəkildə sonlandırmaqdır. Bu baxımdan yeni müharibə onun üçün əlverişli deyil. Ancaq Vaşinqtonun Tehrandan iki tələbi var.

Birincisi, İran nüvə silahının əldə edilməsi ilə bağlı prosesə dərhal son qoymalıdır. ABŞ İranın nüvə silahına malik olmasını, ilk növbədə, özünün bölgədəki maraqlarına təhdid hesab edir. Nəzərə alaq ki, ABŞ-nin Körfəz ölkələrində hərbi bazaları var. İran nüvə silahı əldə etməyi bacarsa, bölgədə ABŞ-nin hərbi gücü əhəmiyyətli dərəcədə zəifləyəcək, eyni zamanda onun müttəfiqi olan körfəz ölkələri də çətin vəziyyətə düşəcək.

İkinci bir məqam isə İsrailin təhlükəsizliyidir. İran birbaşa yəhudi dövlətinin məhv edilməsini qarşısına məqsəd qoyduğunu gizlətmir. İranın nüvə silahına malik olması İsrailin varlığına ciddi təhlükə yaradır.

Hazırda istər ABŞ-dəki yəhudi lobbisinin, istərsə də İsrailin Trampdan istədiyi məhz bu məsələdə İrana mane olmaqdır. ABŞ və İsrailin İrandan ikinci istəyi isə Yaxın Şərqdəki proksi qüvvələrdən dəstəyini kəsməsidir.

İranın İsrail əleyhinə dəstəklədiyi 3 təşkilat ‒ HƏMAS, “Hizbullah” və husilər hazırda Vaşinqton‒Tehran münasibətlərində əsas qarşıdurma mövzusudur. İsrail bu qrupları bitirmək niyyətindədir və İranın onlara olan dəstəyini kəsməsini istəyir.

“Hizbullah” və HƏMAS təşkilatları liderlərinin öldürülməsindən sonra ciddi güc itkisinə məruz qalıblar. Xüsusilə HƏMAS Qəzza bölgəsində hakimiyyətini itirdi, artıq bölgənin sökülməsi də gündəmdədir. Bu, HƏMAS-a qarşı mübarizədə İsrailin əlini gücləndirir.

“Hizbullah” da əvvəlki gücündə deyil. Əgər İranın dəstəyi olmasa, İsrail bu təşkilatı da sıradan çıxara bilər.

Yəhudi dövlətinə yeganə problem yaradan Yəməndəki husi silahlılarıdır ki, burada ABŞ-nin də ticari maraqları var. Husilər dəniz quldurluğu ilə məşğul olaraq bir çox ölkənin, xüsusilə də ABŞ-nin ticarət əlaqələrinə mane olurlar. Buna görə İsrail və ABŞ onların üzərinə fokuslanaraq bu təşkilatı da bitirə bilər. Ancaq proksi qüvvələrdən imtina etmək İran üçün asan məsələ deyil. Mühafizəkar qüvvələr, xüsusilə də SEPAH bu məsələdə Pezeşkian hökumətini ciddi hədəfə götürə bilər. İran hökuməti, güman ki, proksi qüvvələr məsələsində maksimum ehtiyatlı davranacaq.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 159 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 159 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 159 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 159 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 159 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 159 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 159 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 159 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 159 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 159 baxış
Seçilmişlər
icon