Pleyeri seçin:

Yaxın Şərqdə münaqişəni alovlandıranlar ilə bağlı bilinməyənlər: Hindistan nəşrindən iddia

15 noyabr 2023 159 baxış

1990-cı ildən bu günə qədər HƏMAS hərəkatı liderləri Qəzza zolağında faktiki olaraq bütün maliyyə axınlarına nəzarət edirlər.

Onların ailələri isə ölkə hüdudlarından çox-çox uzaqda lüks həyat yaşayırlar. İsrail-HƏMAS müharibəsinin getdikcə daha şiddətli hal alması isə onlar üçün daha çox pul mənimsəməyə əla fürsət yaradıb.

Belə bir iddia ilə Hindistanın “Firstpost” nəşri çıxış edib. Media orqanı bu barədə məlumatı “HƏMAS liderləri dəbdəbəli həyat yaşayarkən Qəzzalılar ölür” başlığı ilə məqaləsində dərc edib.

Bəs HƏMAS-ın liderləri kimlərdir? Ölkədəki böhrana baxmayaraq, onlar öz kapitallarını necə artırırlar?

Partiyanın əsas liderlərindən olan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağını tərk edərək Qətərdə məskunlaşıb. Məlumata görə, İ.Haniyənin Beyrut, Doha və İstanbulda bahalı villaları var. O, təkcə evlərə deyil, milyonlarla dollar dəyərində qiymətləndirilən şəxsi bizneslərə və təyyarələrə də sahibdir.

2006-cı ildə İ.Haniyə media nümayəndələri qarşısında çıxış edərək “qalan günlərimi sizinlə bir əqidəni paylaşaraq, quru çörək yeyərək azadlığımız uğrunda mübarizə aparacağıma söz verirəm” demişdi. Amma çox keçmədən bu sözlər unuduldu.

Qürbətdən vətən həsrəti çəkmək qərarına gələn Siyasi Büronun rəhbəri 2021-ci ildən bu günə qədər yaşadığı Qətərdə hər şənbə futbol oynayarkən görüntüləndi.

Misirin “Rose əl-Yusuf” jurnalının yazdığı xəbərə görə, İ.Haniyə 2010-cu ildə böyüdüyü Şati qaçqın düşərgəsinin yaxınlığında yerləşən Qəzza sahilindəki torpaq sahəsinə 4 milyon dollar xərcləyib. Son 13 ildə 13 övladlı ata hər övladının adına rəsmiləşdirilmiş bir neçə mənzil, villa və bina alıb.

Beş il əvvəl ABŞ-nin Dövlət Departamenti İsmayıl Haniyəni terrorçu kimi elan etsə də, bu status ona sərvətini artırmağa mane olmayıb. Onun hazırda sərvəti 4 milyon dollar dəyərində qiymətləndirilsə də, varidatının əksəriyyətinin kürəkəninin adına keçirdiyi bildirilir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 159 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 159 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 159 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 159 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 159 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 159 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 159 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 159 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 159 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 159 baxış
Seçilmişlər
icon