Yaxın Şərqdəki müharibə ABŞ-yə görə davam edir | Medvedevdən sərt açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın Şərqdəki münaqişənin həllinə kömək etmək üçün hər cür imkana malik olan ABŞ nizamlanmada maraqlı olmadığına görə öz öhdəliklərinə laqeyd yanaşır”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl-Ərəbiyə” telekanalına müsahibəsində deyib.
“Bu münaqişəyə həqiqətən təsir edə bilən dövlətlər, təəssüf ki, öz öhdəliklərinə laqeyd yanaşırlar. Mən ilk növbədə ABŞ-ni nəzərdə tuturam”, – deyə D.Medvedev vurğulayıb.
O həmçinin nüvə silahından istifadə riskinin yüksək olduğunu və NATO hərbi bazalarına zərbələr endirmək ehtimalının olduğunu açıqlayıb.
“Risklər yüksəkdir. Lakin bu, o demək deyil ki, bu risklər geri dönməzdir”, – D.Medvedev nüvə silahından istifadənin reallığından danışarkən qeyd edib və əlavə edib ki, Moskva bu cür silahdan heç vaxt istifadə etmək istəməzdi, çünki bu, son tədbir olardı.
“Konkret hərbi obyektlərə, hər hansı dövlətdəki bazalara gəlincə, hazırda münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək olmaz, çünki NATO-ya daxil olan dövlətlər əslində bu münaqişəyə tam şəkildə qoşulublar”, – deyə D.Medvedev Rusiyanın Polşa və Rumıniyada NATO hərbi bazalarına zərbələr endirmək ehtimalı ilə bağlı suala cavabında bildirib.
O əlavə edib ki, əgər NATO Ukraynada müharibə alovunu qızışdırmağı dayandırsa, bu münaqişəni bəşəriyyət üçün itkilər olmadan başa çatdırmaq olar.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
