Pleyeri seçin:
Yeni pandemiya təhlükəsi yarandı? - Virus barədə xəbərdarlıq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin cənub bölgəsində Çikunqunya virusuna yoluxma hallarının kəskin şəkildə artması yeni bir qlobal pandemiya təhlükəsi yaradıb. Quanqdonq əyalətində cəmi bir həftə ərzində 3181 yeni yoluxma qeydə alınıb ki, bu da virusun sürətlə yayıldığını göstərir. Regional Xəstəliklərə Nəzarət Mərkəzi virusun yalnız ağcaqanad dişləməsi yolu ilə ötürüldüyünü təsdiqləyir. Təəssüf ki, bölgədə tez-tez baş verən tayfunlar, güclü yağışlar və daimi rütubət ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradaraq vəziyyəti çətinləşdirir. Hazırda Çikunqunya virusu üçün effektiv müalicə və ya peyvənd yoxdur. İnfeksiyaya yoluxmuş şəxslərdə qızdırma, titrəmə, oynaqlarda kəskin ağrı və səpgilər kimi simptomlar müşahidə olunur.
Kopyalandı
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
