Yeni rəhbərlik Putinin xeyrinə işlədi | Trampdan Putinə 3 hədiyyə
Yeniliklərdən dərhal xəbərdar olun
Donald Trampın prezident səlahiyyətlərinin icrasına başlamasından 3 həftə də keçməyib, lakin o, artıq Vladimir Putinə üç böyük hədiyyə verib.
Bu barədə “Newsweek” məlumat yayıb.
Belə ki, bu həftə Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi haqqında fərman verib:
“Bu, rus lideri üçün də böyük hədiyyədir, çünki BCM Putinin həbsinə order verib. Tramp administrasiyasının sanksiyaları Rusiya Prezidentinə təzyiqləri azaldır. Kremlin təbliğatçıları ABŞ-nin yeni administrasiyasının ritorikasını və qərarlarının Moskvaya fayda verə biləcəyi fonunda alqışlayıblar.
Moskvaya ikinci hədiyyə ABŞ-nin əvvəlki prezident administrasiyasının əmri ilə rus oliqarxların gizlədilmiş əmlaklarının axtarışı ilə məşğul olan Ədliyyə Nazirliyində işçi qrupunun buraxılmasıdır. ABŞ-nin yeni Baş prokuroru Pem Bondi qrupun səylərini narkotikə qarşı mübarizəyə yönəltməyə göstəriş verib.
P.Bondi digər bir direktivlə Rusiya və Çin kimi Amerika siyasətinə təxribat törətməyə çalışan rəqiblərin gizli təsir kampaniyalarına qarşı federal hüquq-mühafizə orqanlarının səylərini dayandıracaq”.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
