Pleyeri seçin:

Yeni səfir Moskva-İrəvan münasibətlərini necə dəyişdirəcək? | Türkiyəyə qarşı isə...

16 avqust 2024 667 baxış

Keçmiş deputat Qurgen Arsenyan Ermənistanın Moskvadakı yeni səfiri olub. Rəsmi versiyaya görə, bu, Rusiya ilə münasibətlərdə yaranmış gərginliyi azaltmaq məqsədi daşıyır.

“Nyus.ru” da Moskvaya yeni təyin olunan diplomatın iki ölkə arasında münasibətləri yumşalda bilib-bilməyəcəyini öyrənməyə çalışıb.

Məqalədə qeyd olunub ki, 64 yaşlı Q.Arsenyan dörd dəfə parlamentin deputatı olub və əvvəllər bizneslə, o cümlədən bank işi ilə məşğul olduğu üçün ən zəngin deputatlardan biri hesab olunurdu. Səfirin 17 daşınmaz əmlakı və dörd avtomobili var. Hətta bəzi erməni saytları Q.Arsenyanın yaxın vaxtlara qədər Rusiyada bizneslə məşğul olmasına dair məlumatlar da dərc edib.

Xəbərə görə, yeni səfir sentyabrın əvvəlində Moskvada işə başlayacaq.

Ermənistan Demokrat Partiyasının lideri və keçmiş parlament üzvü Aram Sarkisyan isə mediaya açıqlamasında bildirib ki, yeni səfir Rusiya ilə münasibətləri inkişaf etdirməyə hazır olması barədə açıq danışacaq, lakin çətin ki, onun təyinatı münasibətlərin yaxşılaşmasından xəbər verəcək.

“O, Ermənistanla Rusiya arasında münasibətləri acınacaqlı vəziyyətə salan siyasi qüvvəni təmsil edir. Bu səbəbdən səfirin nə edəcəyi barədə mühakimə yürütmək olar”, – deyə A.Sarkisyan bildirib.

Müəllif deputat olarkən Q.Arsenyanın parlamentdə çıxışına da diqqət çəkib. Keçmiş millət vəkili bəyan edib ki, Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinin təminatı deyil və ümumiyyətlə, bu mövcudluq əbədi deyil.

Bundan başqa, yeni səfir Türkiyəyə müsbət münasibəti ilə də seçilir. O, Ankara ilə münasibətlərin istiləşməsinin mümkünlüyünə açıq-aşkar eyham vurub.

Müəllif sonda onu da vurğulayıb ki, son bir ildə siyasətçi Rusiyaya qarşı açıq-aşkar bəyanatları dayandırıb. Bu səbəbdən deputat Q.Arsenyan ötən ilin payızında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasına səs verməyib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 667 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 667 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 667 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 667 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 667 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 667 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 667 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 667 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 667 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 667 baxış
Seçilmişlər
icon