Yunanəsilli kahinin dediklərini ingilislər niyə indi dərc edib?
Yeniliklərdən dərhal xəbərdar olun
“İstanbulda böyük müharibə başlayacaq və çoxlu qan töküləcək”.
Vaxtilə bu proqnozla 1994-cü ildə vəfat edən yunanəsilli kahin Orakl Paisios çıxış edib.
İngiltərənin “The Sun” qəzeti isə bu mövzunu yenidən gündəmə gətirib. Belə ki, kahin kimi tanınan Orakl Paisios İstanbulda ruslarla avropalılar arasında böyük bir müharibə başlayacağını və çoxlu qan töküləcəyini demişdi. İngilislərin bu proqnozları indi gündəmə gətirməsi maraqla qarşılanıb.
“The Sun” qəzetinin iddialarına görə, yunanəsilli kahin Fələstində müharibə olacağını da proqnozlaşdırıb. Dünyadakı qarşıdurmaların artmasının Üçüncü Dünya müharibəsinə səbəb olacağını iddia edib.
Britaniya qəzeti onun Ukraynadakı savaşı düzgün proqnozlaşdırdığını bildirib.
Qeyd edək ki, bu xəbər İsrail mediasında da əks-səda doğurub. Belə ki, İsraildə nəşr olunan “Walla” qəzeti “The Sun” nəşrinin xəbərini “Qəzzadakı savaş dünya müharibəsinə çevriləcək” başlığı ilə oxuculara təqdim edib.
“The Sun” qəzetinin 30 ildən sonra yunanəsilli kahinin iddialarını dərc etməsi diqqət çəkib. Britaniya mediasında hansı mesajların verildiyi müzakirə mövzusuna çevrilib.
