Zaporojye cəbhəsində şiddətli döyüş gedir
Yeniliklərdən dərhal xəbərdar olun
Zaporojye vilayətinin işğal altında olan Melitopol, Vasilivka və Tokmak şəhərləri istiqamətində Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarını daha da intensivləşdirib. Burada hədəf Rusiya ordusuna məxsus artilleriya qurğularıdır.
Ukrayna xüsusi bölmələri aparılan əməliyyatlar zamanı Rusiya ordusuna məxsus “Buratino” artilleriya kompleksini və bir neçə “Qrad” qurğusunu məhv edib. Nəticədə Ukrayna ordusunun hücum bölmələri bu istiqamətdə 2 kilometr irəliləyərək yeni əraziləri işğaldan azad edib.
Döyüş komandiri Aleksandr Taran bildirib ki, bir neçə gün ərzində 2 kəndi azad ediblər. Hazırda daha 3 kənd uğrunda döyüşlər gedir: “Biz Zaporojye istiqamətində döyüşürük. Əhvali-ruhiyyə yüksəkdir. Hər gün döyüşür və irəliləyirik. Bu gün tapşırığımız “Buratino” qurğusunu məhv etmək idi. Pusquda onun döyüş mövqeyinə gəlməsini gözlədik və 8 raketlə onu məhv edə bildik. Bizə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirik. Qafqaz dövlətlərindən bizə ən tez məhz onlar kömək etdilər”.
Qeyd edək ki, hazırda Zaporojye istiqamətində şiddətli döyüşlər davam edir.
#Rusiya teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
