Pleyeri seçin:

Zaporojye və Dnepropetrovskda ölənlər var | Müharibədə son vəziyyət

29 iyul 2025 606 baxış

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, iyulun 28-dən 29-na keçən gecə 172 döyüş qeydə alınıb, Rusiya silahlı qüvvələrinin 1050 hərbçisi öldürülüb.

Rusiya silahlı qüvvələri Ukraynaya 2 “İskəndər-M” raketi atıb, hücumlarda 37 ŞAHED dronundan istifadə olunub.

Zaporojye vilayətində cəzaçəkmə müəssisəsi isə bombalanıb. Bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar var.

“Düşmən gecə ərzində Zaporojyeni 8 dəfə atəşə tutub. Cəzaçəkmə müəssisəsi vurulub və nəticədə 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib. Həbsxana ilə yanaşı, yaxınlıqda olan evlərə də ziyan dəyib, yanğınlar baş verib”, – deyə Fyodorov əlavə edib.

Dnepropetrovskun hərbi administrasiyasının rəhbəri Sergey Lısak vilayətin kamikadze dronlarla atəşə tutulduğunu açıqlayıb. 2 nəfər həlak olub, 5 nəfər ağır yaralanıb. Onlardan biri hamilə qadındır. Bununla yanaşı, yaşayış binaları zədələnib, bir xəstəxananın doğum şöbəsinə ziyan dəyib.

Ukrayna ordusu Rostov vilayətinin Salsk şəhərinə dron hücumu həyata keçirib. Dəmiryol stansiyanın yaxınlığında yanğınların qeydə alındığı bildirilir.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 74 PUA-nı məhv edib.  

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 606 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 606 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 606 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 606 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 606 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 606 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 606 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 606 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 606 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 606 baxış
Seçilmişlər
icon