Pleyeri seçin:

Zaporojyedə Hərbi Adminstrasiya rəhbəri son vəziyyəti açıqladı

20 oktyabr 2023 552 baxış

Son aylar Rusiya-Ukrayna müharibəsində Zaporojye vilayəti istiqamətində döyüşlər daha da kəskinləşib.

Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları fonunda baş verir. Əməliyyatlar əsasən cənub cəbhəsini əhatə etsə də, ekspertlərin gözlədiyi nəticələr baş vermədi.

Zaporojye vilayətinin hərbi administrasiyanın rəhbəri Yuri Malaşko son hərbi əməliyyatlar barədə Baku TV-yə danışıb.

“Əgər sentyabr ayı ilə müqayisə etsək, bizim ərazilərimizin atəşə tutulması 2 dəfə artıb. Sutkada orta hesabla təxminən 130-150 zərbə endirilir. Amma çox vaxt yaşayış məntəqələri atəşə tutulur. Gün ərzində orta hesabla 20-30 fərdi ev dağılır”, – deyə o qeyd edib.

Yuri Malaşkonun sözlərinə görə, müharibə başlayandan bəri Oryexovda 26-sı uşaq olmaqla, 437 nəfər ölüb, 1500-dən çox insan yaralanıb. Təxminən 50 nəfər itkin düşüb:

“Vilayətdə indiyədək 8 mindən çox bina dağılıb. Ukrayna Silahlı Qüvvələri vilayətin 4 yaşayış məntəqəsini azad edib. Bütün cəbhə boyunu nəzərə alsaq, heç bir istiqamətdə sadə vətəndaşların sərbəst keçməsi üçün yer yoxdur. Üstəlik, həmin ərazilər minalanıb. Biz insanlara digər ərazilərimizə üçüncü ölkələr vasitəsilə keçməyi tövsiyə edirik. Bu yolla gələn insanlar da var”.

Qeyd edək ki, raket zərbələri oktyabrın 19-na keçən gecə də davam edib. Nəticədə Zaporojye şəhərinin özündə çoxmənzilli bir yaşayış binası dağılıb, 4 nəfər mülki insan ölüb, xeyli sayda yaralananlar var.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 552 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 552 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 552 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 552 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 552 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 552 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 552 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 552 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 552 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 552 baxış
Seçilmişlər
icon