Pleyeri seçin:

Zaxarova “1 gülləyə 2 quş vurmaq” istədi | Rusiyanın hədəfləri ifşa olundu

19 iyul 2025 295 baxış

“Brüssel maliyyə fırıldaqları vasitəsilə İrəvanda öz təsirini gücləndirməyə çalışır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İrəvandan soruşmaq lazımdır: onlar bu pulları alıb, yoxsa yox?”, ‒ deyə o bildirib.

Mariya Zaxarovanın sözlərinə görə, Rusiya Brüsselin Ermənistana nə qədər pul ayırdığını yoxlamaq niyyətində deyil, lakin Qərb həmişə “səxavətli vədlər verir” və bu yolla üçüncü ölkələrdə öz təsirini möhkəmləndirir.

Mariya Zaxarovanın bu açıqlaması 2 məqsədə xidmət edir. Birincisi, Ermənistan-Avropa İttifaqı münasibətlərinin güclənməsi Rusiyanı narahat edir. Ermənistan Avropaya inteqrasiya ilə Rusiya və onun orbitinə daxil olan təşkilatlardan qopmağa hazırlaşır. Bu isə Moskvanı qıcıqlandırır. Buna görə Mariya Zaxarova Avropanın da bostanına daş atıb ki, Brüssel ölkələrə yalançı vədlər verir.

Mariya Zaxarovanın digər məqsədi isə Ermənistandakı vəziyyəti daha da gərginləşdirməkdir. Hazırda Paşinyan Rusiyanın təlimatı ilə Ermənistana gəlmiş oliqarx Samvel Karapetyan və kilsə ilə kəskin münaqişə içindədir. Buna görə Karapetyan və bəzi arxiyepiskoplar həbs olunub. Parlamentdəki müxalif deputatlar arasında da tutulanlar var. Amma digərləri də hökumətə qarşı korrupsiya ittihamları səsləndirməyə çəkinmir.

Mariya Zaxarovanın “Ermənistan Avropanın verdiyi pulları alıb, yoxsa?” sualı da korrupsiya ittihamlarını daha da qabartmağa xidmət edir.

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun ardınca Mariya Zaxarovanın da oxşar fikirlər səsləndirməsi onu göstərir ki, Moskva İrəvanın Qərbə doğru yolunu kəsmək istəyir. Bu, hələ ki diplomatik xəbərdarlıqla məhdudlaşır, amma Rusiyanın Gümrüdəki bazaya silah-sursat yığmasını nəzərə alsaq, deyə bilərik ki, Ermənistana qarşı hərbi müdaxilə də istisna deyil.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 295 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 295 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 295 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 295 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 295 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 295 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 295 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 295 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 295 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 295 baxış
Seçilmişlər
icon