Zaxarova Ukraynaya görə Qərbə od püskürdü
Yeniliklərdən dərhal xəbərdar olun
“Kiyevə sülh lazım deyil, Qərb Ukraynaya yalnız terror aktları və müharibənin davam etdirilməsi üçün maliyyə ayırır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti danışıqlar prosesini məqsədli şəkildə pozub:
“Bundan əvvəl Volodimir Zelenski danışıqları pozurdu. Danışıqlar davamlı olaraq niyə baş tutmurdu? Yeganə səbəb var – onlara sülh lazım deyil.
Çünki sülhə görə pul verilmir. Onlara yalnız bir şeyə görə pul verilir: terrora, ekstremizmə, qırğının davamına, o cümlədən Ukrayna vətəndaşlarının öldürülməsinə görə”.
Zaxarova bildirib ki, Qərbdə sülhə doğru addım atmağa hazır olan qüvvələr ortaya çıxdığı anda Kiyev növbəti hücumlara əl atır:
“Qərbdə elə insanlar tapıldığı vaxt ki, onlar əvvəlki səhvləri və cinayətləri – hətta öz sələflərinin cinayətlərini – kənara qoyaraq sülhə can atmağın vacibliyini qəbul etdilər və mürəkkəb, çoxsəviyyəli danışıqlara başladılar, həmin bu terrorçu ünsür yenidən belə zərbələr endirir”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
