Zaxarovadan Türkiyə ilə bağlı mühüm açıqlama | Ankaranın daxili siyasi vəziyyəti...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Türkiyə hakimiyyətinin addımlarının ölkə daxilində harmoniya və sabitliyin əldə olunmasına gətirib çıxaracağını gözləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiyanın mövqeyi dəyişməz olaraq qalır, bu, Moskvanın dürüst ikitərəfli münasibətlərin qurulmasına dair fundamental baxışını əks etdirir. Ümid edirik ki, Türkiyə hakimiyyətinin atdığı addımlar həm ölkənin özündə, həm də onun hüdudlarından kənarda millətlərarası harmoniyaya nail olmaq və təhlükəsizlik vəziyyətinin sabitləşməsinə töhfə verəcək.
Türkiyə bizim mühüm qonşumuz, tərəfdaşımızdır, ona görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Bu ölkədə gedən proseslərin onun suveren işi olduğuna inanırıq. Ankaranın daxili siyasi vəziyyəti narahat edən məsələlərin həllinə yanaşmaları müstəqil müəyyənləşdirmək hüququna hörmət edirik”, ‒ Rusiya rəsmisi bildirib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
