Zaxarovadan xarici işlər nazirlərinin görüşü barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Azərbaycan və Ermənistan tərəfini mövcud vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik yekun brifinqdə mayın 11-12-də Ermənistan-Azərbaycan şərti sərhədində, Zod yaşayış məntəqəsində baş verən insident barədə danışarkən bildirib.
“Hazırda vəziyyət sabitləşib. Hesab edirik ki, bütün mübahisəli məsələlərin həlli siyasi-diplomatik metodlarla baş tutmalıdır. Biz mayın 19-da keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə də buna hər cür töhfə vermək niyyətindəyik”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.
M.Zaxarova əlavə edib ki, Azərbaycan və Ermənistan XİN sülh müqaviləsi ilə bağlı ikitərəfli danışıqları da keçiriləcək. Nazirlər Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə edəcəklər.
#Üçtərəfli görüş teqi istifadə olunub
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- Ukraynanın sülh danışıqlarına hazırlığı oktyabr ayında tamamlana bilər - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb - Baku TV CANLI
- Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
- Dünyanın diqqəti İstanbulda | Türkiyə-ABŞ-Ukrayna arasında üçtərəfli görüş başladı
