Zelenski ABŞ-ni hədəfə aldı | Ukrayna görün nə qədər itki verib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsində 100 min Ukrayna hərbçisi, 13 min mülki şəxs öldürülüb.
Bunu “CBS News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, müharibə başladıqdan bəri Rusiya Ordusu məktəblərə 1700 dəfə hücum edib. Nəticədə, 600 uşaq həyatını itirib:
“Eyni zamanda 780 xəstəxana və klinika da hücuma məruz qalıb. Bizim xalqımız bu müharibədən çox ciddi zərər çəkib. Biz xeyli miqdarda pul və ən əsası insanlarımızın həyatını itirdik”.
V.Zelenski deyib ki, müharibənin indiki məqamında bütün dünyanın təhlükəsizliyi təhlükə altındadır:
“Bütün bunları nəzərə alsaq, baş verənlərin dünya müharibəsinə çevrilə biləcəyinə inanıram”.
O həmçinin ABŞ tərəfinin bu müharibəyə yanaşmasını da dəyərləndirib:
“Çox təəssüf ki, hazırda rəsmi Vaşinqtonun bəyanatlarında rusmeyilli davranışlar üstünlük təşkil edir. Bütün bunlar Rusiyanın informasiya siyasətinin ABŞ-yə, onun siyasətinə və siyasətçilərinə güclü təsirinin nəticəsidir”.
#Ukrayna teqi istifadə olunub
- İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
