Zelenski ABŞ-Ukrayna danışıqlarının ardınca videomüraciətlə çıxış edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə diplomatik danışıqların gedişi ilə bağlı bəyanat verərək ölkəsinin nümayəndə heyətinin fəal işini və beynəlxalq tərəfdaşlarının dəstəyini vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti ABŞ və Fransa, Almaniya, Kanada, Xorvatiya və Lüksemburq da daxil olmaqla Avropa ölkələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.
Müharibənin bitməsi üçün lazım olan addımlar müzakirə edilib və mövcud vəziyyət barədə məlumat mübadiləsi aparılıb.
"Amerika nümayəndələri ilə danışıqlar apardıq və Prezident Trampın komandasının bizi dinlədiyinə dair siqnallar var", – deyə Ukrayna Prezidenti qeyd edib.
O həmçinin Ukrayna vahid mövqeyinin və effektiv nəticələr əldə etmək üçün nümayəndə heyətinin əlaqələndirilmiş hərəkətlərinin vacibliyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, diplomatik fəaliyyət davam edəcək və eyni dərəcədə intensiv iş gözlənilir. Prezident beynəlxalq tərəfdaşlara kömək və məsləhətlərinə görə təşəkkür edib, Ukrayna xalqına dövlətin mövqeyini və milli maraqlarını dəstəklədiklərinə görə minnətdarlığını ifadə edib.
"İnsanlar bütün siyasi qərarlardan faydalanmalıdırlar. Ona görə də biz hər addımda, bütün sənədlərdə bütün tərəfdaşlarla çox diqqətlə və ciddi işləyirik", – deyə Zelenski vurğulayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
